Mojo.az Banner
22:03 Azərbaycanda qeydiyyatda olan 11 mindən çox QİÇS xəstəsi var  |     21:56 Amnistiya aktı indiyədək 15 mindən çox şəxsə şamil edilib  |     21:50 Ağcabədidə 19 bıçaq zərbəsi vurulan azyaşlının son durumu açıqlandı  |     21:38 Fəzail Ağamalı hoteldə vəfat edibmiş: Nəşi Azərbaycana gətiriləcək  |     21:27 İş adamı Vüqar Yusifov Azərbaycana gəlmək istəyərkən Rusiyada saxlanıldı  |     21:17 Əli Kərimlinin həbs müddəti uzadıldı  |     21:11 Fəzail Ağamalı vəfat etdi  |     21:04 "SS Butik"in satıcısından dələduzluq: Mağazaya şərik edəcəyini dedi...  |     20:58 Dövlət qurumunun binasında oğurluq - 5,8 minlik ziyan  |     20:51 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     20:46 Nəcməddin Sadıkovun müavini olmuş general məhkəməyə verildi  |     20:40 200 minlik qalmaqal: "Dəmir Yumruq-44-52"nin direktoruna hökm oxundu  |     20:35 14 fevral öncəsi restoranlarda fantastik depozit qiymətləri - Video  |     20:27 Həcc kvotasının 70 faizi dolub: Qiymətlər, kvota problemi və müzakirələr  |     20:22 Qarabağ qazisi vəfat etdi  |     20:14 Yeni binalarda ciddi problem aşkarlandı - Video  |     20:09 MOK erməni idmançılarla bağlı müraciətinə müsbət cavab aldığını təsdiqləyib  |     20:02 Moskvа-Sitidə terror aktı törətməklə hədələyən üç nəfər saxlanılıb  |     19:57 Lökbatanda 36 yaşlı kişi dərmandan zəhərlənərək ölüb  |     19:49 Sabah Azərbaycanda külək güclənəcək - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Masallıda oğul anasını döydü - TƏFƏRRÜAT

12.04.2024 15:21 1 089
Masallıda oğul anasını döydü - TƏFƏRRÜAT
Masallı rayonunda 1982-ci il təvəllüdlü Lətif şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı anası Mədinəyə (adlar şərti göstərilib) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Masallı rayonunun Banbaşı kəndində baş verib.

Lətif kənd ərazisində yerləşən fərdi yaşayış evinin həyətində anası Mədinənin ona spirtli içki qəbul etməsini irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunu baş nahiyəsindən qəsdən əl ilə vurub yerə yıxıb. Bununla da o, anasına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Lətifin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Lətif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, anasına xəsarət yetirməsindən peşman olduğunu deyib.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Lətifin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.скачать dle 11.3