Mojo.az Banner
22:59 Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO  |     22:52 Pilot və stüardessalarla bağlı yeni araşdırma  |     22:45 Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO  |     22:38 Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər  |     22:30 Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi  |     22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |    
Left Banner
Right Banner

Əli Kərimlinin həbs müddəti uzadıldı

09.02.2026 21:17 861
Əli Kərimlinin həbs müddəti uzadıldı
AXCP sədri Əli Kərimlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail Rayon Məhkəməsində təqdimata baxılıb.

Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini dörd ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barələrində aparılan araşdırma çərçivəsində DTX-də dindiriliblər.

Onların evində axtarış aparıldıqdan sonra DTX-yə aparılıblar.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Xatırladaq ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.скачать dle 11.3
Mojo.az Banner