Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı”nın ittihamı ağırlaşdırılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Bu ayın sonunda Putin və Tramp görüşəcək  |     22:42 KİV: ABŞ Avropanın Ukraynaya təhlükəsizlik zəmanəti verməsini gözləyir  |     22:35 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:34 Azərbaycanda güclü zəlzələ olacaq? - AÇIQLAMA  |     22:20 Azərbaycanda tanınmış həkim vəfat etdi (FOTO)  |     22:12 Ukraynanı qorumağın ən ucuz yolu budur - Berbok  |     22:06 Azərbaycan Şahmat Federasiyasının prezidenti: "Ümidvarıq ki gələcəkdə bütün çempionatlarımız belə keçəcək"  |     21:53 Rauf Məmmədov: "Çempionluğu atama həsr etmək istəyirəm"  |     21:39 Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi  |     21:25 Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb  |     21:21 Putin-Tramp görüşü bu tarixdə keçirilə bilər  |     21:17 Egey dənizində 4,9 maqnitudalı zəlzələ baş verib  |     20:57 Şəhriyar Məmmədyarov: "Mən bu çempionatda özümü qalib sayıram"  |     20:45 Ağstafada 4 nəfər dəm qazından zəhərlənib  |     20:28 Arvadının xəyanətini tutan kişi həmin tarixi DİVARA YAZIBMIŞ - Oğlu əsgərlikdən gələn ata QATİL OLDU  |     20:27 Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü olub  |     20:15 Bu hotellərin reklamları söküləcək  |     20:14 Hərəkətdə olan "KamAZ" dəhşət saçdı: Piyada öldü, iki nəfər yaralandı  |     19:28 Qızıl alışında beşinci ölkəyik  |     19:24 “Uzbekistan Airways” Daşkənddən Bakıya uçuşların sayını artırır  |    

Gürcüstanda öldürülən 14 yaşlı azərbaycanlı qızın “həyat yoldaşı”nın ittihamı ağırlaşdırılıb

Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində 14 yaşlı Aytac Şahmarovanı qətlə yetirmiş “həyat yoldaşı” Alim Sadiqovun ittihamı ağırlaşdırılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, məlumatı Gürcüstanın Baş Prokurorluğu yayıb. Bildirilib ki, Alim Sadiqova qarşı Gürcüstan Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayan şəxsə təcavüzü nəzərdə tutan maddəsi ilə ittiham irəli sürülüb. Qurumun məlumatında bildirilib ki, Gürcüstan Daxili İşlər Nazirliyi apardığı araşdırmalar nəticəsində təqsirləndirilən şəxsin 2023-cü ilin yayında Aytac Şahmarovanı azadlıqdan qanunsuz məhrum edərək (qaçıraraq) yaşadığı kəndə gətirdiyini müəyyən edib. Qeyd olunub ki, Aytac Şahmarova qaça bilib, lakin ailə üzvləri onu geri göndəriblər. Qeyd olunub ki, qanunsuz evlilik zamanı Alim Sadiqov zərərçəkmişin köməksizliyindən istifadə edərək ona cinsi təcavüz edib.

Xatırladaq ki, qətl bu il oktyabrın 5-də baş verib. İşlə əlaqədar Alim Sadiqovla yanaşı, Aytac Şahmarovanın anası və dayısı, həmçinin Alim Sadiqovun əmisi və əmisi oğlu həbs ediliblər, Aytac Şahmarovanın atası isə zərərçəkmişin varisi kimi tanınıb. Alim Sadiqov cinayəti törətdiyini etiraf edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 905 27.11.23 20:06