Mojo.az Banner
17:21 Mərkəzi Bankdan 3 manatlıq əsginaslarla bağlı iddiaya RƏSMİ CAVAB  |     17:03 Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı  |     16:32 Gürcüstandan heyvan idxalına qoyulan məhdudiyyət aradan qaldırıldı  |     16:17 Ramiz Mehdiyevin oğlu fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edildi  |     15:58 Məmməd İbrahimli həbs edildi  |     15:48 Xəzərdə su səviyyəsi endi, ov mövsümü BAŞA ÇATDI  |     15:40 Brend malların ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb  |     15:25 Naxçıvanın səhiyyə naziri İŞDƏN ÇIXARILDI - Vəzifəsi yeni müavinə TAPŞIRILDI - FOTO (Yenilənib)  |     14:49 Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  |     14:44 Narkokuryerlərin "meyvə satıcısı" kimi davranmaq cəhdləri alınmadı: Polis tərəfindən ifşa olundular - Video  |     14:42 Masallıda 1 300 abonentin qazı kəsiləcək  |     14:29 Dənizkənarı Milli Parkda Yeni il yarmarkasının açılışı olacaq  |     13:54 Məmməd İbrahimli də hakimiyyəti ələ keçirmə maddəsi ilə ittiham olunur  |     13:39 Bakıda 10 mərtəbəli universitet binasında söküntü - 25 milyona yenisi tikiləcək  |     13:34 Yanğında həyatını itirən Könül Vəlibəylinin xəsarət alan qızının durumu açıqlandı  |     13:29 Səfərbərlik Xidmətinin zabitinin kassasiya şikayəti geri götürülüb  |     13:15 Leyla Əliyeva övladları ilə bağlı görüntülər paylaşdı - FOTO  |     13:05 Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib  |     13:03 Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək  |     12:53 Hesablama Palatası Mədəniyyət Nazirliyində yoxlamalar aparır  |    
Left Banner
Right Banner

Ərini bıçaqlayan qadın həbs edilmədi

31.10.2023 15:27 1 017
Ərini bıçaqlayan qadın həbs edilmədi
Tərtər rayonunda həyat yoldaşını qısqanclıq zəminində bıçaqlayan 32 yaşlı Sona Quliyevanın (şərti) məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Quliyeva Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, bu ilin martında Tərtərin kəndlərindən birində yaşayan qadın həyat yoldaşının telefonda başqa qadınla yazışdığını görüb. Bundan əsəbiləşən S.Quliyeva əri Ə.Quliyevə (şərti) etiraz edib. Nəticədə tərəflər arasında münaqişə baş verib. Bu zaman 32 yaşlı qadın bıçaq götürərək ərinə zərbə endirib.

Ağır xəsarət alan kişi xəstəxanaya yerləşdirilib və həyatı xilas edilib.

Məhkəmənin 27 oktyabr tarixli hökmü ilə S.Quliyevaya üç il azadlıqdan məhrumetmə cəzası verilib. Bir sıra yüngülləşdirici hallar nəzərə alınaraq cəza üç il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.скачать dle 11.3