Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib

01.12.2025 13:05 1 047
Əmək pensiyalarının təyin edilməsi qaydası dəyişib
Əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək.

Nazirlər Kabineti bununla bağlı "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda dəyişiklik edib.

Qulluq stajına görə əmək pensiyasına əlavələri 50 faiz həcmində ödənilən və ya dayandırılmış şəxslərin işdən azad olunması ilə əlaqədar onların əmək pensiyasının əməkhaqqı (dövlət məvacibi) əsasında yenidən hesablanması müvafiq dövlət orqanının təqdim etdiyi arayış formasına əsasən həyata keçiriləcək.
скачать dle 11.3
Mojo.az Banner