Su polisi Xəzər dənizində brakonyerlik edən şəxsi saxladı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, tədbir zamanı qadağan edilən üsul və vasitələrlə qanunsuz balıq ovu ilə məşğul olan R.Musayev saxlanılıb.
Həmin şəxsdən "Yamaha" mühərrikli motorla təchiz edilmiş qayıq, sintetik tor, ov alətləri, eləcə də qanunsuz olaraq ovlanan müxtəlif növ balıq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.