Saatlıda kişi arvadını amansızlıqla qətlə yetirdi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb  |     20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |     19:23 Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu  |     19:20 Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  |     18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |     16:31 Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?  |     16:28 Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı - VİDEO  |    

Saatlıda kişi arvadını amansızlıqla qətlə yetirdi - VİDEO

Noyabrın 11-də, saat 16:00 radələrində Saatlı rayonu, Orta Muğan kənd sakini, 1993-cü il təvəllüdlü Əliyeva Aynur Asif qızının bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Saatlı Rayon Prokurorluğu məlumat yayıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin əri, 1987-ci il təvəllüdlü Şirinov Qadir Əyyub oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirərək, Aynur Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qadir Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            828 12.11.20 14:36