Azərbaycanda kişi azyaşlı oğlunun gözü qarşısında arvadını vəhşicəsinə öldürdü » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:30 Binəqədidə AKS markalı avtomat tapılıb  |     20:19 Bakıda avtomobil 63 yaşlı qadını vurub  |     20:13 Britaniya Ruandaya göndəriləcək qanunsuz miqrantları saxlamağa başlayıb  |     20:05 Bakıda yol qəzasında bir neçə nəfər xəsarət alıb  |     19:59 Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO  |     19:47 Rusiya hərbçiləri “DXR”in Berdıçi kəndini nəzarətə götürüblər  |     19:41 Nazirliyin mətbuat xidmətinə yeni TƏYİNAT - FOTO  |     19:33 Zaqatalada narkotiklərin təsiri altında avtomobil idarə edən sürücü SAXLANILDI - FOTO  |     19:23 Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu  |     19:20 Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb  |     18:42 Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib  |     18:34 “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi  |     18:07 Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi  |     17:54 Ermənilər bu dəfə muğamımıza göz tikdilər - VİDEO  |     17:51 Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə... – Təfərrüat  |     17:30 Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? - VİDEO  |     17:13 Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq  |     17:02 Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq  |     16:53 Temperatur 8 dərəcə aşağı enəcək - Xəbərdarlıq  |     16:40 MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib  |    

Azərbaycanda kişi azyaşlı oğlunun gözü qarşısında arvadını vəhşicəsinə öldürdü

Dünən gecə Abşeron rayonu, Digah qəsəbə sakini, 1985-ci il təvəllüdlü Əyyubova Sanara Möhübbət qızına çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Abşeron Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1978-ci il təvəllüdlü Hüseynov Rafiq İman oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı azyaşlı oğlunun gözü qarşısında bıçaqla xəsarətlər yetirməklə Sanara Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Rafiq Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            594 31.10.20 14:40