Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:54 COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR  |     14:37 Gəncədə qəzaya düşən avtomobil yanaraq kül oldu  |     14:22 COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanıldı - RƏSMİ (VİDEO)  |     14:13 Bakıda bir kəsişmədə hərəkətin təşkilində dəyişikliklər edildi  |     14:01 Erlinq Holand 65 avroya görə həbs oluna bilər  |     13:45 Türkiyədə 70 kiloqram qızılla tutulan azərbaycanlı şəxs diplomatdır? (YENİLƏNİB)  |     13:35 Azərbaycanda bəzi deputatlara mənzil VERİLİB  |     13:32 Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib  |     13:24 Azərbaycanda güclü zəlzələ oldu - FOTO  |     13:17 Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub  |     22:39 Putin “Oreşnik” sisteminin seriyalı istehsalını elan edib  |     22:18 Balıq bazarında yerli məhsulların qiyməti UCUZLAŞDI  |     22:02 Samuxda minik avtomobili yük maşını ilə toqquşub, ölən var  |     21:50 Məktəb direktoru faciəvi şəkildə öldü  |     21:28 Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar  |     21:20 Əfqanıstanda naməlum şəxslər məscidə gələn 12 dindarı qətlə yetirib  |     20:51 Cəlilabadda su bəndi yenidən qurulur  |     20:39 PSJ-nin Kilian Mbappe ilə bağlı apellyasiya şikayəti rədd edilib  |     20:23 Gələn həftə Ukrayna-NATO Şurasının fövqəladə iclası keçiriləcək  |     19:57 2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq  |    

Fərid Mansurov: “Açıq havada məşq etmək mümkün olmayacaq”

Qapalı idman zallarının və fitness mərkəzlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı müzakirələr davam edir.

Bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) steroidlərdən istifadənin yayılması və onun fəsadları barədə mətbuat konfransında Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov deyib.

O, idman zallarının bərpası ilə bağlı qərarı Nazirlər Kabineti yanında operativ qərargahın verəcəyini söyləyib:

“Bu gün pandemiya ilə bağlı olaraq hər bir addım operativ qərargahın qərarına əsasən atılır. Ümid edirik ki, idman sahəsində də bu icazə veriləcək. Açıq havada yarışların keçirilməsinə icazə verilib. Artıq müəyyən vaxtdan sonra havalar soyuyacaq. Bir neçə idman növündə beynəlxalq yarışlar start götürüb. Operativ qərargahdan cavab gözləyirik”.

Yunan-Roma güləşi üzrə Olimpiya çempionu Fərid Mansurov zallar açıldığı halda, noyabrda Bakıda paracüdo üzrə Qran Prinin, dekabrda idman gimnastikası üzrə Avropa çempionatının keçiriləcəyini bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 177 24.09.20 15:45