Bakıda çörək zavodunun direktorunun otağından qeyri-aşkar şəraitdə oğurluq edən şəxs saxlanılıb.
Yanvarın 11-də Yasamal rayon ərazisində yerləşən çörək zavodunun direktorunun xidməti otağından dörd min manat oğurlanıb.
Faktla bağlı “102 Zəng Xidməti”nə müraciət daxil olub.
Həmin müraciət əsasında Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər CM-nin 177, 180, 185-ci maddələri ilə məhkum olunmuş Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü E.Həsənov müəyyən edilərək saxlanılıb.