Bakının Xəzər rayonunun Binə qəsəbəsində mağazadan oğurluq edilib.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Ticarət obyektinin sahibi Fazil Məmmədov 3-cü polis şöbəsinə şikayət edərək, oğurluq edənlərin mağazanın damından girib 5 000 manat dəyərində paltar oğurladıqlarını deyib.
Bundan əlavə, paytaxtın Binəqədi rayonunda İlqar Kərimova məxsus evdən 4 000 manat pul və 5 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrunun evə pəncərədən girdiyi bildirilib.
Faktlarla bağlı hələlik heç kim tutulmayıb.