Qaradağ rayonunda mübahisə zamanı bıçaqlanma hadisəsi baş verib.
Hadisə Müşviqabad qəsəbəsində qeydə alınıb.
Təxminən, 45-50 yaşlı Abbasov Hüseyn Şirməmməd oğlu naməlum şəxslə mübahisə zamanı bıçaq xəsarətləri alıb.
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
/oxu.az/