Şəmkirdə yerli sakin bıçaqlanıb.
Median.Az-ın report-a istinadən verdiyi məlumatına görə, rayon sakini, 1992-ci il təvəllüdlü Əli Rəsilov bıçaqlanaraq xəsarət alıb.
O, xəstəxanaya aparılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirlir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.