Bakının Suraxanı rayonunda 52 yaşlı kişinin yaşadığı evdən narkotik tapılıb.
Oxu.Az xəbər verir ki, ötən gün paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi AB yaşayış sahəsi ev 14-də yaşayan 1967-ci il təvəllüdlü Rasim Həsənovun üzərindən 2 kq 468 qr, yaşadığı evdən isə 1 kq 510 qr marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.