Bakıda iki qardaş itkin düşüb.
Dekabrın 30-da paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü R.N. və 1996-cı il təvəllüdlü M.N. evdən çıxıb və geri qayıtmayıblar.
Bu barədə hüquq-mühafizə orqanlarına onların anası məlumat verib.
Ana ərizəsində Kənan adlı şəxsin ona zəng edərək, 2000 manat pul borcunu ödəməsi təqdirdə oğlanlarını ona təhvil verəcəyini qeyd edib.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/