Azərbaycanda bazarda qızıl alverçiləri arasındakı davanın - TƏFƏRRÜATI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:13 “Bu, Ukraynanın sonu deməkdir” - Zaxarova  |     21:45 Bakıda COP29-un bağlanış plenar sessiyası keçirilir  |     21:35 Bələdiyyə sədrinin şirkəti yanğın təhlükəsizliyini pozub  |     21:27 Taliban səfiri və baş konsulu geri çağırdı, Almaniya hökuməti qərarı tanımadı  |     21:19 Qəza törətdi, "100-150 qram içmişəm" dedi - Həbs olundu  |     21:11 Kələmin qiyməti artacaq (AÇIQLAMA)  |     21:04 Müğənninin tələbə olan yeganə qızı gecə klubunda öldü  |     20:58 Gürcüstan prezidenti müxalifətin hərəkətlərindən narazı olduğunu bildirdi  |     20:43 "Uşaq bağçalarında təcrübəli kadrların yerini doldurmaq çətin olacaq" - Ekspert  |     20:36 Türkiyə ilə Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və regional problemləri müzakirə ediblər  |     20:27 Türkiyə ordusu Suriya və İraqda yeddi terrorçu öldürüb  |     20:20 Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb  |     20:09 Türkiyədə Rusiyanın “UnionPay” kart sisteminə xidmət dayandırılıb  |     20:02 "Formula 1": Las Veqas Qran-prisinin sıralama turunda birinci olan pilot müəyyənləşib  |     19:54 Bu ilin on ayında 31 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  |     19:48 Livanda xəstəxanaların 10 %-i fəaliyyətini dayandırıb  |     19:39 Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlar  |     19:31 Marsdan olan meteoritdə qədim geotermal qaynaqların izləri aşkar edilib  |     19:26 Aİ və Çin elektromobillərdə rüsumların ləğvi ilə bağlı razılığa yaxındırlar  |     19:18 Kanadada 9 ildə ən böyük qızılca alovlanması qeydə alınıb  |    

Azərbaycanda bazarda qızıl alverçiləri arasındakı davanın - TƏFƏRRÜATI

Ağcabədi rayonunda bazarda dava etməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Uğur Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az teleqraf.com-a istinadən xəbər verir ki, Uğur Rüstəmov Ağcabədi rayonunun mərkəzi bazarında Etibar Abışovdan qarşılıqlı razılığa əsasən 280 manat dəyərində iki cüt sırğa və bir ədəd klondan ibarət qızıl-zinət əşyaları satın alıb. O, həmin əşyaları bazarda qızıl satışı ilə məşğul olan digər satıcı Hümbət Əsgərova satmaq istəyib. Amma Hümbət Əasgərov qızılları ondan almayıb.

Bu səbəbdən o, qızıl əşyalarını istəmədiyini Etibar Abışova söyləyib və geri qaytarmaq istəyib. Etibar Abışov isə satdığı qızılın dəyəri olan pulu qaytarmaq istəməyib.

Onlar bu səbəbdən mübahisə ediblər. Mübahisə zamanı səsə toplaşmış çoxlu sayda şəxslərə əhəmiyyət verməyən Uğur Rüstəmov ucadan nalayiq ifadələr işlədib. Yumruq-təpiklə Etibar Abışovun bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, ona bədən xəsarəti yetirib.

İstintaq orqanı tərəfindən Uğur Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Uğur Rüstəmov 2 min manat miqdarında cərimə cəzasına məhkum olunub.

Hökmdən narazı qalan Uğur Rüstəmov apelyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə xitam verilməsini istəyib.

Uğur Rüstəmovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Ələsgər Novruzovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhkəmə Uğur Rüstəmovun şikayətini qismən təmin edib və onun barəsində olan cərimə cəzasını 1000 manata qədər azaldıb.

Uğur Rüstəmov bu qərarla da razılaşmayıb. O, barəsində olan cinayət təqibinə xitam verilməsi üçün kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Şikayət dekabrın 24-də məhkəməyə daxil olub. Hələlik iş araşdırılması üçün hakim icraatına verilməyib.

Yaxın günlərdə bu iş Ali Məhkəmədə hakim icraatına veriləcək və araşdırma başlanacaq.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 074 28.12.19 19:01