Bakıda baş verən qəzadan sonra sürücülərdən biri digər maşındakıları bıçaqlayıb.
Qafqazinfo-nun verdiyi xəbərə görə, hadisə dekabrın 22-si axşam saatlarında baş verib.
Sabunçu rayonu, Ramana qəsəbəsində “85” kafesinin qarşsında Vasif Əhmədovun idarə etdiyi “VAZ 2106” ilə Murad Xəlilzadənin idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub.
Bu zaman hər iki maşında olan sərnişinlər – Şəmistan Məmmədov, Əli Vəliyev və Vüsal Rzayev mübahisə ediblər. Sürücü Vasif Əhmədov üzərində olan bıçaqla digər sürücü Murad Xəlilzadəni sinəsindən, onun sərnişinləri Ə.Vəliyevi kürəyindən, V.Rzayevi isə qıçından bıçaqlayıb.
Faktla bağlı cinayət işi başlanılıb, V.Əhmədov tutulub, istintaq davam etdirilir.