Rusiyalı MMA döyüşçüsü Həbib Nurməhəmmədov internat evində yaşayan Yaroslav Trotsenkonun arzusunu yerinə yetirib.
Bununla bağlı “Mash” “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, azyaşlı beş ildir Nurməhəmmədovu canlı görmək və onunla danışmaq istəyirmiş. O, Yeni il hədiyyəsi kimi idmançı ildə görüşmək istəyini “Arzular yolkası” lahiyəsinə məktub formasında göndərib. Nəticədə, onun arzusu yerinə yetib.
Trotsenko deyib ki, Nurməhəmmədovla görüşdən sonra sevincdən şoka düşüb.
“Həmin gecə yatmadım. Mən daha çox məşqlər etməyə başlamışam, çoxlu qələbələr qazanmaq və Nurməhəmmədovla yenidən görüşmək istəyirəm”, - azyaşlı bildirib.
Qeyd edək ki, Nurməhəmmədov yüngül çəki üzrə UFC-nin hazırkı çempionudur. Aprelin 18-də o, üçüncü dəfə titulunu qazanmaq üçün döyüşə çıxacaq. Rusiyalının rəqibi amerikalı Toni Ferqyusondur.