Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
İnsident Ələt qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Dəmirli Şəhriyar Rövşən oğlu E.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/