Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 5-də Lökbatan qəsəbəsi ərazisindəki mağazadan oğurluğa cəhd göstərən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş T.Mustafayev saxlanılıb.
Araşdırma zamanı, onun CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb.