Median.Az xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova saxlanılıblar.
Məlum olub ki, dəstə üzvləri "Opel" markalı avtomobillə Bakıdan Cəlilabad rayonuna gəliblər və Esmira Həsənovanın verdiyi məlumat əsasında onun bibisinin evini qarət ediblər. Mənzildən 800 dollar, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.