Median.Az xəbər verir ki, dekabrın 5-də Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılov həyətinə gəlmiş şəhər sakini O.Məmmədova münqişə zamanı tüfəngdən atəş açıb. Bu barədə DİN “102” Zəng Mərkəzinə məlumat daxil olub.
Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.
Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.
Ağdam rayon prokurorluğunda CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
-