Median.Az xəbər verir ki, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini K.Əlizadə heroin satarkən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 0,228 qram heroin götürülüb.
Polis əməkdaşları tərəfindən narkotik vasitəni ona satan həmyerlisi N.İmaməliyev tutulub, ondan da 0,240 qram heroin aşkar edilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə N.İmaməliyevin narkotik vasitəni əldə etdiyi mənbə də müəyyən edilib.
Şəhər sakini, əvvəllər məhkum olunmuş V.Malikov saxlanılıb, axtarış zamanı ondan 0,327 qram heroin, yaşadığı evdən isə 910 qram ağ civə götürülüb.
Astara RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.