Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi, Təhlükəsiz Şəhər Xidməti və Cəlilabad RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 1-də Cəlilabad rayonu ərazisindəki evdən 265 manat, 800 dollar və 6690 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakinləri Z.Xasayzadə, İ.Mikayılov, E.Məmmədov və E.Həsənova saxlanılıblar.
RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.