Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da G.Hüseynovaya zor tətbiq edərək, içərisində 437 manat və qızıl qolbaq olan pulqabısını alan Yevlax rayon sakinləri M.Bəkirova və qardaşı saxlanılıblar.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.