Median.Az xəbər verir ki, Tovuz və Şəmkir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz rayonu ərazisindəki 2 evdən pul və qızıl-zinət əşyaları oğurlayan Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş B.Sadıqov Şəmkir rayonu ərazisində saxlanılıb.
Araşdırma zamanı, onun Şəmkir rayonu ərazisindəki 4 evdən pul və qızıl-zinət əşyaları, 1 mağazadan tütün məmulatı, habelə Gəncə şəhər sakini F.Torkiyevlə birgə daha 1 evdən pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.
Keçirilmiş axtarış tədbirləri nəticəsində F.Torkiyev saxlanılıb.
CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.