Median.Az xəbər verir ki, 2018-ci ilin dekabr ayında Saatlı rayon sakini B.Qədirovun işə düzəltmək adı ilə 6 nəfəri aldadaraq onlardan ümumilikdə 10.850 manat alması barədə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciətlər daxil olub.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Qədirov saxlanılıb.
Faktla əlaqədar CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.