Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mehdiabad qəsəbəsində marketdən, içərisində 1605 manat pul olan seyfi, müşahidə kamerasının yaddaş qurğusunu, digər marketdən pul, şokolad, tütün məmulatı, müşahidə kamerasının yaddaş qurğusunu oğurlayan Mehdiabad qəsəbə sakinləri A.Qəhrəmanzadə, E.Həsənov və O.Bayramov saxlanılıblar.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.