İran vətəndaşının Azərbaycanda girov saxlanılması xəbərlərinə RƏSMİ REAKSİYA - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:25 Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib  |     21:04 Ermənilər bu dəfə Şövkət Ələkbərovanın mahnısını oğurlamaq istədi  |     20:49 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri göndərildi  |     20:28 İdmançılarımız Özbəkistanda 3 qızıl medal qazanıblar  |     20:15 Rusiya ordusu Ukraynada daha bir yaşayış məntəqəsini nəzarətə götürüb  |     19:55 Şarl Mişel noyabrın 29-da tutduğu postu Antonio Kostaya təhvil verəcək  |     19:42 Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub  |     19:27 Keçmiş vəkil Elman Paşayev dələduzluqda təqsirini etiraf etməyib  |     19:05 DİQQƏT! 160-a yaxın avtobusun dayanacaq yeri DƏYİŞDİRİLDİ  |     18:51 Zaxarova: "Rusiya Yunanıstandan Ermənistana silah ixracı üzrə sorğu almayıb"  |     18:47 "Yar gəldi yar" mahnısının erməni musiqi nümunəsi kimi təqdim olunmasının qarşısı alındı  |     18:40 Bərdədə qanunsuz olaraq əldə etdiyi avtomatı satmaq istəyən şəxs ələ keçdi  |     18:31 Əfqanıstanda qadınlar üçün qəhvəxanalar qapadılıb  |     18:22 Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə  |     18:08 Bakıda ata qızını anasının evinə getdiyinə görə döydü - MƏHKƏMƏ  |     17:57 Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır  |     17:36 Azərbaycanda zəlzələ oldu  |     17:23 Polşa prezidenti Ermənistan-Azərbaycan şərti sərhədində olub  |     17:20 Rektor təyin olunan Kamilə Dadaşzadə kimdir? - DOSYE  |     17:10 Bakı metrosunda 9 yeni stansiya tikiləcək  |    

İran vətəndaşının Azərbaycanda girov saxlanılması xəbərlərinə RƏSMİ REAKSİYA - FOTO

Bəzi kütləvi informasiya vasitələrində İran İslam Respublikası vətəndaşı Atefeh Dehghanızadehin Azərbaycanda guya girov saxlanılması barədə məlumatlar yayılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan daxil olan birgə açıqlamada bildirilir ki, həmin məlumatlar əsassızdır:

"Bununla əlaqədar bildirilir ki, A.Dehghanızadehin əri İran İslam Respublikasının vətəndaşı Farzad Foroozanmehrin tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edildiyindən faktla bağlı 01 fevral 2019-cu il tarixdə Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış istintaqla müəyyən edilib ki, F.Foroozanmehr tanışı Orxan İsmayılova yalan vəd verib sonuncunun anasına məxsus Yasamal rayonu ərazisində 3 otaqlı mənzilini öz tanışına 240 min manata satacağını bildirib və bu məqsədlə 25 dekabr 2018-ci ildə etibarnamə əsasında 210 min manata sataraq pulunu ələ keçirib Türkiyəyə qaçıb.

Cinayət işi üzrə F.Foroozanmehrin barəsində dövlətlərarası axtarış elan edilib.

Həmçinin, istintaqı zamanı A.Dehghanızadehin əri tərəfindən aldadılaraq əmlakı ələ keçirilmiş O.İsmayılovun övladını qaçırmaq istəməsi barədə bilə-bilə yalan xəbərçilik etməsinə və bu barədə bilə-bilə yalan ifadə verməsinə əsaslı şübhələr müəyyən edildiyindən A.Dehghanızadeh barəsində Cinayət Məcəlləsinin 296.2 (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan xəbərçilik etmə) və 297.2-ci (şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunmaqla bilə-bilə yalan ifadə vermə) maddələri ilə cinayət işinin materiallarından ayrıca icraata ayrılaraq istintaqın aparılması üçün Yasamal rayon prokurorluğuna göndərilib.

A.Dehghanızadeh dəfələrlə istintaqa dəvət edilsə də, çağırışlara gəlməkdən qəsdən boyun qaçırdığından barəsində aprelin 22-də axtarış elan edilmiş, iyulun 20-də keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu istintaqa cəlb edilərək müdafiəçinin və tərcüməçinin iştirakı ilə dindirilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət təqibi üzrə zəruri olan bütün hərəkətlərin vaxtında icra edilməsini təmin etmək məqsədi ilə A.Dehghanızadehin ölkədən çıxışına məhdudiyyət qoyulub.

A.Dehghanızadehin müraciəti əsasında məhkəmənin qərarı ilə sonuncunun ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülüb.

Hazırda F.Foroozanmehrin barəsində olan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 420 30.11.19 19:26