Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də rayon ərazisində iki vətəndaşın mobil telefonlarını oğurlayan Bakı şəhər sakini E.Əzimov və Abşeron rayon sakini S.Məmmədov saxlanılıblar.
Nərimanov RPİ İstintaq şöbəində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.