Median.Az xəbər verir ki, Sabunçu RPİ 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsindəki evlərin birindən kondisioner oğurlayan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - E.Əliyev və Ə.Muxtarov saxlanılıblar.
Araşdırma zamanı, onların daha 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaları müəyyən edilib.
Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.