Median.Az xəbər verir ki, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon ərazisindəki evdən 5350 dollar, 500 manat dəyərində qızıl-zinət və geyim əşyası oğurlayan Xırdalan şəhər sakini G.Abdullayeva saxlanılıb.
Binəqədi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.