Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirən şəxs saxlanılıb.
Median.Az-ın report-a istinadən məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən Salyan şəhər sakini, 1986-cı il təvəllüdlü Zaur Vaqif oğlu Orucov polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, Z.Orucov şəhərin Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Vəfa qızı Quliyevanı şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb.
***
Gəncə şəhər sakini həyat yoldaşı bıçaqlayaraq qətlə yetirib.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata əsasən hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.
Zaur Orucov şəxsi mübahisə zəmnində həyat yoldaşı 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı qətlə yetirib. Belə ki, ər arvadına bir neçə bıçaq zərbəsi vurub. Nəticədə qadın yerindəcə keçinib.
Hələlik qətlin təfərrüatları məlum deyil, hüquq mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma başlanılıb.