Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 5000 manat, 2300 dollar, 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini B.Qurbanov saxlanılıb.
Cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.