Median.Az xəbər verir ki, noyabrın 6-da Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub.
Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
Nəsimi RPİ 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.