Median.Az xəbər verir ki, DİN-in “102” Zəng Mərkəzinə quldurluq hadisəsi barədə məlumat daxil olub.
Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları müəyyən ediblər ki, noyabrın 6-ı gecə saat 1 radələrində "20 Yanvar" küçəsində Abşeron rayon sakini E.Cəfərovun idarə etdiyi “Daewoo Gentra” markalı avtomobilə sərnişin qismində oturan şəxs Cavadxan küçəsinə gedəcəyini bildirib.
Həmin ərazidə o, sürücünü bıçaqla hədələyərək avtomobildən düşürüb və qeyd edilən nəqliyyat vasitəsində hadisə yerini tərk edib.
19-cu polis şöbəsi və DİN Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Zeynalov saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsinə CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.