Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il iyulun 10-da vətəndaş R.Cəfərovun 155 manat pulunu və 2 ədəd mobil telefonunu oğurlayan Cəlilabad rayon sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.