Median.Az xəbər verir ki, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 29-da qohumunun evindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlyan yeniyetmə saxlanılıb.
Bundan başqa, Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 9000 manat oğurlayan şəhər sakini M.Murtuzov saxlanılıb.
Astara RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 4 evdən təmir-tikinti və məişət əşyaları oğurlayan Pensər kənd sakinləri olan 2 yeniyetmə saxlanılıb.
Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.