Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 26-da rayon ərazisindəki aptekdən 7000 manat oğurlayan Bakı şəhər sakini R.Dadaşzadə saxlanılıb.
Faktla bağlı CM-nin 177 (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.