Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini V.Zeynalovun idarə etdiyi “AzSamand” markalı avtomobildən 571 qramdan çox heroin götürülüb.
Yasamal RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.
-