Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 7-də Binəqədi qəsəbəsi ərazisindəki mağazanın saxlanc yerindən, Bakı şəhər sakini A.Məhərrəmovanın, içərisində 374 manat pul, sənəd və geyim əşyaları olan çantasını oğurlayan paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Yenaliyev saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.