Median.Az xəbər verir ki, Tərtər RPŞ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində Yevlax rayon sakini N.Hacıyevdən marixuana götürülüb.
N.Hacıyevə narkotik vasitəni satan Astara rayon sakini F.Cabbarov müəyyən edilərək, polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı ondan 471 qramdan artıq marixuana götürülüb.
RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.