Median.Az xəbər verir ki, DİN Baş Cinayət Axtarışı İdarəsi (BCAİ) və Xətai RPİ 34-cü polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlayan əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.
Araşdırma zamanı, onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması məlum olub.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.