Median.Az xəbər verir ki, Nərimanov RPİ 17-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-nə keçən gecə Ə.Əliyev küçəsində, Bakı şəhər sakini M.Sadıqovun “Mercedes” markalı avtomobilindən soyğunçuluq yolu ilə 182 manat aparan Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev saxlanılıb.
Faktla əlaqədar CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.