Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-i saat 5 radələrində Xırdalan şəhəri ərazisində, köşklərdən birinin qarşısında orada işləyən M.Qasımlını tapançaya oxşar əşya ilə hədələyərək 70 manat pulunu quldurluq yolu ilə ələ keçirən şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Əliyev saxlanılıb.
Faktla bağlı CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.