Bakıda iş adamını güllələyən "Hozu Rauf"un məhkəməsi başlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:10 Rusiya Ukraynada yaşayış məntəqəsində nəzarəti ələ alıb  |     18:58 Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb  |     18:24 Qırmızı dənizdə tanker raketlə vurulub  |     17:57 Putin Tokayevlə danışdı  |     17:26 2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək  |     17:15 Azərbaycanlı şair vəfat edib  |     16:56 Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb - FOTO  |     16:52 Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı  |     16:29 Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib  |     16:17 Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE  |     14:57 Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq  |     14:31 Bakıda evdən oğurluq oldu - Usta saxlanıldı (VİDEO)  |     14:30 Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO  |     14:26 Özünü asan qız son anda xilas edildi  |     14:23 Azərbaycanda səkkiz vəkil cəzalandırılıb  |     14:20 Bakıda kişi nənəsini və arvadını bıçaqlamaqda şübhəli bilinir  |     14:19 Azərbaycan nefti cüzi bahalaşıb  |     14:17 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     14:14 Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ  |     14:13 Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub”  |    

Bakıda iş adamını güllələyən "Hozu Rauf"un məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində Siyəzən rayon sakini Rauf Şirinovun (1974-cü il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Median.Az
xəbər verir ki, qətl bu il iyunun 14-nə keçən gecə saat 1 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında törədilib. Aralarında davam edən ədavət nəticəsində Rauf Şirinov "Vinçester" markalı ov tüfəngindən atəşlər açaraq yeznəsi Şərur rayon sakini Ramiz Məmmədovu (1972-ci il təv.) güllələyib və hadisə yerində keçinib. Zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, orada ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə Sabunçu RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, Rauf Şirinovun tutulması istiqamətində
əməliyyat-axtarış tədbirləri başlanılıb. İyunun 17-də "Hozu" ləqəbli ilə tanınan Rauf Şirinov Sabunçu RPİ 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata əsasən, qohumlar birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Biznesi Şirinov idarə etsə də, Bakıda fəaliyyət göstərən 84 və 113 №i avtobusların marşrut xətləri mərhum Məmmədova məxsus olub.

Yaxın günlərdə məhkəmədə iş üzrə hazırlıq iclası keçiriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 258 25.10.19 16:55