Azərbaycanda istirahət mərkəzində əməliyyat keçirilib -Saxlanılanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:57 Putin Tokayevlə danışdı  |     17:26 2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək  |     17:15 Azərbaycanlı şair vəfat edib  |     16:56 Bakıda "kokain" və "ekstazi" həblərini satmaq istəyən şəxs saxlanılıb - FOTO  |     16:52 Türkiyəli nazir Zəngəzur dəhlizinin açılacağı tarixi açıqladı  |     16:29 Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib  |     16:17 Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs KİMDİR? - DOSYE  |     14:57 Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq  |     14:31 Bakıda evdən oğurluq oldu - Usta saxlanıldı (VİDEO)  |     14:30 Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi - FOTO  |     14:26 Özünü asan qız son anda xilas edildi  |     14:23 Azərbaycanda səkkiz vəkil cəzalandırılıb  |     14:20 Bakıda kişi nənəsini və arvadını bıçaqlamaqda şübhəli bilinir  |     14:19 Azərbaycan nefti cüzi bahalaşıb  |     14:17 Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb  |     14:14 Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ  |     14:13 Məleykə Abbaszadə: “Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub”  |     14:07 DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alan var  |     14:03 Günəşdəki partlayışlar okeanların dərinliklərinə çatıb  |    

Azərbaycanda istirahət mərkəzində əməliyyat keçirilib -Saxlanılanlar var

Masallıda istirahət mərkəzində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetamin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 600 25.10.19 12:23