Bakı Ağır Cinayətlər Məhkəməsində Vüsal Məmmədovun (1977-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il mayın 30-da Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsində yerləşən yaşayış binasının qarşısında Vüsal Məmmədov qısqanclıq zəminində Fəridə Nuriyevaya (1978-ci il təv.) bıçaqla çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Cütlüyün 2 uşağı qalıb.
Həmin gün Məmmmədov Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış oktyabrın 28-nə təyin edilib.