Median.Az xəbər verir ki, Siyəzən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazadan 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.