Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Çığırğan kəndindəki evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.